📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev medal qazanan idmançıları qəbul etdi

2024-08-14 13:13:58

İlham Əliyev medal qazanan idmançıları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

Hurriyyet.az xəbər verir ki, dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.