İlham Əliyev Məleykə Abbaszadəni TƏLTİF ETDİ
2023-02-21 16:23:00
Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, fevralın 23-ü Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri olan M.Abbaszadənin 70 yaşı tamam olacaq.