📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM

2023-04-04 17:31:00

İlham Əliyev naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.