📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Özbəkistanda səfərdədir

2025-11-15 13:49:34

İlham Əliyev Özbəkistanda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün bu gün Özbəkistana səfərə gedib.

Hurriyyet.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.