"İlham Əliyev Putinlə görüşündə Qarabağ məsələsinin üstündən keçib, çünki Azərbaycan üçün bu məsələsi bitib" - POLİTOLOQ
"Rusiya ilə Azərbaycan arasında sülhməramlı qüvvələrin çıxarılması ilə bağlı müəyyən problemlər yaşanır"
"MDB dövlət başçılarının Bişkekdə sammiti çərçivəsində prezident İlham Əliyevlə Vladimir Putinin ikitərəfli görüşü keçirilib. Görüşdə Putin ilk öncə xüsusi olaraq Qarabağ məsələsini və onun ətrafında baş verənləri müzakirə ediləcəyini həssas məqam kimi vurğulayıb. Prezident İlham Əliyev isə cavabında ikitərəfli iqtisadi əlaqələrin inkişafından danışaraq, Qarabağ məsələsinin üstündən keçib, çünki Azərbaycan üçün Qarabağ məsələsi bitib". Hurriyyet.az əbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, Qarabağ məsələsinin gündəliyə gətirilməsi Azərbaycanın milli maraqlarına xidmət etmir: "Təbii ki, Rusiya bununla sülhməramlı qüvvələrini Qarabağda saxlamaq və ermənilərin növbəti gəlişini təşkil etməyi planlaşdırır. Ona görə də Azərbaycan Rusiya ilə yalnız sülhməramlı qüvvələrinin çıxarılmasını müzakirə edir. Rusiya ilə Azərbaycan arasında sülhməramlı qüvvələrin çıxarılması ilə bağlı müəyyən problemlər yaşanır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az