📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev qatar qəzasına görə İspaniyaya başsağlığı verdi

2026-10-29 10:25:37

İlham Əliyev qatar qəzasına görə İspaniyaya başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı verib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Prezidentin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib.

Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm.

Bütün xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram”, - deyə paylaşımda bildirilib.