📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev: "Regional nəqliyyat qovşaqlarına çevrilmək üçün qonşularınızla yaxşı münasibətləriniz olmalıdır"

2026-02-14 18:27:35

İlham Əliyev:

"Azərbaycan fiziki infrastrukturun yaradılmasına, dəniz limanları, həmçinin dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayə yatırıb. Birmənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır".

Hurriyyet.org AZERTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Qərb və Şərq baxımından Azərbaycan buna çalışır. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında yerləşir, bu da üstünlükdür. Lakin müvafiq infrastruktur olmasa, bunun mənası da hiss edilmir".