📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Rusiyaya işgüzar səfər edib

2023-05-25 10:32:00

İlham Əliyev Rusiyaya işgüzar səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib.

Hurriyyet.az-a istinadən xəbər verilir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.