📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib - FOTO

2022-10-07 13:45:00

İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Hurriyyet.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlət başçısı İlham Əliyevi Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.