📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Azərbaycana səfərə dəvət edib

2022-03-15 17:50:00

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycana səfərə dəvət edib.

Bu barədə Azərbaycan Prezidentinin türkmənistanlı həmkarına ünvanladığı məktubda bildirilib.

"Bu xoş fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm", - məktubda qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.