📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Tacikistana dövlət səfərinə gedib

2023-04-05 12:01:00

İlham Əliyev Tacikistana dövlət səfərinə gedib

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.

Hurriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar. (AZƏRTAC)