📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Türkiyə səfirliyində oldu, başsağlığı verdi

2023-02-08 16:00:00

İlham Əliyev Türkiyə səfirliyində oldu, başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

yenisabah.az