📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev Ulu Öndərin məzarını ziyarət etdi - FOTOLAR

2022-12-12 09:48:00

İlham Əliyev Ulu Öndərin məzarını ziyarət etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Hurriyyet.az bildirir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.