📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq

2022-02-21 17:20:00

İlham Əliyev və Vladimir Putin Bəyannamə imzalayacaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edəcək. 

Hurriyyet.az Kremlin Mətbuat xidmətinə istinadən məlumat verir ki, Prezidentin Rusiyaya səfəri fevralın 22-si baş tutacaq.

Bildirilir ki, səfər zamanı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı bəyanatların icrasını müzakirə edəcəklər.

“Görüş zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, danışıqların yekununda İlham Əliyevlə Vladimir Putin Azərbaycan və Rusiya arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiqlik Münasibətləri Haqqında Bəyannamə imzalayacaqlar.