İlham Əliyev və Vladimir Putin bölgədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
2021-10-07 13:03:00
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bölgədəki vəziyyəti müzakirə ediblər.
Hurriyyet.az xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.