📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyevdən Putinə məktub

2024-06-24 12:27:34

İlham Əliyevdən Putinə məktub

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. 

Hurriyyet.az xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.

Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram”.