📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyevin adını daşıyan yeni şəhər salınsın - Təklif

2023-10-12 12:30:36

İlham Əliyevin adını daşıyan yeni şəhər salınsın - Təklif

“Qələbəmizin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun qəbul etməyi təklif edirəm”. 

Hurriyyet.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında parlamentin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Qüdrət Həsənquliyev deyib. 

Deputat bildirib ki, həmin qanunda Xankəndidə İlham Əliyevin adını daşıyan möhtəşəm məscidin, Qarabağda isə adını daşıyan yeni şəhərin salınması nəzərdə tutula bilər.