İlham Əliyevin bu tarixdə Rusiyaya səfəri gözlənilir
2021-12-24 16:43:00
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin dekabrın 28-də Rusiyaya səfəri gözlənilir.
Hurriyyet.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının şəxsi görüşünün planlaşdırıldığını təsdiqləyib. Spikerin sözlərinə görə, hazırda görüşün təşkili ilə bağlı iş gedir.
Bildirilir ki, MDB sammitində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək.