📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İlham Əliyevin Qranada görüşündən imtina etməsi milli maraqlarımıza xidmət edir" - POLİTOLOQ

2023-10-04 14:25:39

"Anti-terror əməliyyatından əvvvəl mövcud olan müzakirələr hazırda qüvvədən düşüb, amma Ermənistan, Fransa və Almaniya rəhbərliyi əvvəlki şərtlərlə bu danşıqlara qatılacaqdı"

"Azərbaycan və Ermənistan liderləri arasında İspaniyanın Qranada şəhərində Avropa İttifaqının vasitəçiliyi ilə görüşün keçirilməsi avqust ayında planlaşdırılmışdı. Azərbaycanın anti-terror əməliyyatından sonra yeni siyasi şərtlər formalaşıb. Ona görə də belə bir görüş əvvəlki formatda deyil, yeni bir proseslə aparılmalıdır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, danışıqlar masasında Türkiyə də təmsil olunmalıdır: "Qeyd edim ki, anti-terror əməliyyatından əvvvəl mövcud olan müzakirələr hazırda qüvvədən düşüb. Ona görə də prezidenti İlham Əliyev yeni şərtlərlə danışıqlara hazırdır. Amma Ermənistan, Fransa və Almaniya rəhbərliyi əvvəlki şərtlərlə bu danşıqlara qatılacaqdı. Fransa və Almaniya ermənipərəst siyasət ortaya qoyduğu üçün prezident İlham Əliyevin görüşdən imtina etməsi Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkənin siyasi mövqeyini gücləndirir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, bundan sonra Azərbaycan Ermənistanla danışıqlarda üçüncü tərəfin iştirakını qəbul etməməli, yalnız Ermənistanla birbaşa danışıqlara hazır olduğunu vurğulamaldır: "Demək olar ki, Qarabağ problemi həll olunub, Azərbaycan suverenliyini bərpa edib. Sülh müqaviləsinin bağlanması Azərbaycandan daha çox Ermənistana lazımdır. Ona görə də sülh müqaviləsinin bağlanması Azərbaycan üçün prioritet kəsb etmir. Əgər müəyyən formatlarda danışıqlar olacaqsa, Türkiyə də orada təmsil olunmalıdır. Mövcud siyasi konyuktura Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasına tələsməməli və Nikol Paşinyan buna cəhd etməlidir. Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa, Tiflisdə ikitərəfli danışıqlar aparıla bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az