📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

2022-04-09 17:06:00

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Hurriyyet.az xəbər verir ki, məlumatı Kremlin Mətbuat Xidməti yayıb.

Dövlət başçıları Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərə başlanılmasını müzakirə ediblər.

Prezident İlham Əliyev və Vladimir Putin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrası vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

Məlumata görə, dövlət başçıları, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçirilən görüşün nəticələrini müzakirə ediblər.