📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Məmmədzadə vəzifəsindən istefa verdi

2023-08-03 12:18:00

İlham Məmmədzadə vəzifəsindən istefa verdi

“Yeni klinika” tibb müəssisəsinin İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə öz vəzifəsində istefa verib.

Hurriyyet.az xəbər verir ki, bu haqda İ. Məmmədzadə özü açıqlama yayıb. O, bildirib ki, artıq iyul ayının sonlarından sözügedən tibb müəssisəsində çalışmır: 

“Yeni Klinikanın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım.

Fəaliyyət göstərdiyim ötən dövr qısa olsa da, mümkün imkanlardan istifadə edərək Yeni Klinikanın fəaliyyətinin ictimaiyyətə tanıdılması, işıqlandırılması istiqamətində əlimizdən gələni etdik. 

Bu işdə bizə dəstək olan hər bir media dostlarımıza dərin təşəkkürümü bildirirəm”.