📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Təhməzov həbs olundu - RƏSMİ

2022-06-10 17:44:00

İlham Təhməzov həbs olundu - RƏSMİ

Yevlax şəhər sakini İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində polis orqanında hər hansı icraat işi aparılmayıb.

Hurriyyet.az xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, İ.Təhməzovun oğlunun toy mərasiminə polisin mane olması ilə bağlı iddialar tam əsassızdır:

"Qanunamüvafiq olaraq karantin rejim qaydalarına uyğun mərasimdə iştirak edən şəxslərin COVID-19 pasportu yoxlanılıb. Burada da hər hansı hüqüqazidd hal yoxdur".

Qeyd edək ki, sosial şəbəkələrdə İlham Təhməzovun "Tərtər işi"nə görə həbs edilməsi ilə bağlı məlumatlar yayılmışdı.