📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlhamə Elşadqızı da saxlanıldı

2024-12-24 13:56:16

İlhamə Elşadqızı da saxlanıldı

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polisin keçirdiyi tədbirlər davam etdirilir.

Tədbirlər çərçivəsində özünü şairə və tiktoker kimi təqdim edən İlhamə Elşadqızı da polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, dünən keçirilən tədbirlər çərçivəsində bir neçə tiktoker və sosial şəbəkədəki yarışlrın təşkilatçısı Azər Zahid də saxlanılmışdı.

Qafqazinfo.az