📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlin ən böyük kiberhücumu: 350 MİLYON DOLLARDAN ÇOX pul oğurlandı

2026-09-25 17:53:37

İlin ən böyük kiberhücumu: 350 MİLYON DOLLARDAN ÇOX pul oğurlandı

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Bitget" irimiqyaslı kiberhücuma məruz qalıb və nəticədə 351,6 milyon dollar dəyərində vəsait oğurlanıb.

Hurriyyet.media  xəbər verir ki, bu insident ilin en iri xaker hücumu hesab olunur.

"Bitget" sistemləri sentyabrın 24-ü axşam saatlarında icazəsiz köçürmələri təsbit edib və tezliklə cinayətin törədildiyi bir neçə IP ünvanı müəyyənləşdirilib. Birjanın baş direktoru Qreysi Çen bildirib ki, aşkar edilmiş IP ünvanlarının Şimali Koreya (KXDR) xüsusi xidmət orqanları və Pxenyana bağlı xaker qruplaşmaları ilə birbaşa əlaqəsi var.

Birjanın verdiyi məlumata görə, dələduzlar daxili sistemlərə qanunsuz giriş əldə edərək saxta əməliyyatlar yaradıblar və vəsaitləri çıxarmağa müvəffəq olublar. Məlumata əsasən, oğurluq yalnız internetə açıq olan "isti pul kisələri"ndən (hot wallets) həyata keçirilib. Hazırda birja rəhbərliyi təhlükəsizlik sistemlərini gücləndirir və kiberhücumun fəsadlarını aradan qaldırmağa çalışır.