📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlin ən yaxşı gənc futbolçusu o seçildi - FOTO

2022-10-17 23:23:00

İlin ən yaxşı gənc futbolçusu o seçildi - FOTO

"Qızıl top"un təltifetmə mərasimində İlin ən yaxşı gənc futbolçusu açıqlanıb.

Mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Qavi layiq görülüb.

18 yaşlı oyunçu səsvermədə Kərim Adeyemi, Cud Bellingem (hər ikisi "Borussiya" Dortmund, Almaniya), Eduardo Kamavinqa ("Real Madrid", ispaniya), Rayan Qravenberx, Camal Musiala (hər ikisi "Bavariya", Almaniya), Yoşko Qvardiol ("Leyptsiq", Almaniya), Nunu Mendeş (PSJ, Fransa), Bukayo Saka ("Arsenal", İngiltərə) və Florian Vitsi ("Bayer", Almaniya) geridə qoyub.

 

Metbuat.Az