📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlin ən yaxşı məşqçisi kim olacaq? - Namizədlər açıqlandı

2023-12-14 00:23:32

İlin ən yaxşı məşqçisi kim olacaq? - Namizədlər açıqlandı

FİFA 2023-cü ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.

m qurumun saytına istinadən xəbər verir ki, “The Best”ə namizədlər arasında Pep Qvardiola (“Mançester Siti”), Simone İnzaqi (“İnter”) və Luçano Spaletti (“Napoli”/İtaliya) yer alıb.

2022/23 mövsümündə “Mançester Siti” İngiltərə çempionu, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub. “İnter” İtaliya kubokunu qazanıb, Çempionlar Liqasının finalına yüksəlib. “Napoli” isə 33 ildən sonra A Seriyasında ilk dəfə ölkə çempionu adın yiyələnib.