İlin sonuna qədər Türkiyənin kornavirusa qarşı peyvəninin kütləvi istehsalına başlanılacaq
2021-11-01 17:35:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə ilin sonuna qədər Kovid-19 virusuna qarşı yerli vaksinin istehsalına başlanacağını bəyan edib. Peyvənd “Turkovak” (Turkovac) adlanır. Ərdoğan Türkiyənin bu vaksini bütün dünya ilə paylaşmağa hazır olduğunu əlavə edib.
İndiyə qədər Türkiyədə yeni tipli koronavirusa 8 milyondan çox yoluxma, xəstəlikdən 70,6 minə qədər ölüm halı qeydə alınıb.
Hürr Tərcüman