📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlk dəfə ana və oğul birgə yarışdı

2026-02-16 22:30:32

İlk dəfə ana və oğul birgə yarışdı

İtaliyada keçirilən Qış Olimpiya Oyunları tarixində bir ilk yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə ana və oğul komandası birlikdə yarışıb.

Belə ki, Olimpiya Oyunlarında 46 yaşlı dağ xizəkçisi Sara Şleper super-G və nəhəng slalomda, onun 18 yaşlı oğlu Lasse Qahiola isə nəhəng slalom və slalomda çıxış edib.