İlk dəfə MDB sammitində iştirak edəcək
2026-10-07 10:58:08
İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda keçiriləcək MDB sammitində iştirak edəcək.
Hurriyyet.net xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Bildirilir ki, bu, Birlik tarixində ilk belə haldır.
Uşakovun sözlərinə görə, geniş tərkibdə keçiriləcək sammitdə iştirak etdikdən sonra İran lideri Xəzər dənizinin ətraf mühitinə dair sammitdə çıxış edəcək.`