📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlk iki gündə ABŞ bu qədər itki verib: SEPAH şok rəqəmi açıqladı

2026-03-03 14:10:11

İlk iki gündə ABŞ bu qədər itki verib: SEPAH şok rəqəmi açıqladı

İranın “Doğru vəd 4” cavab əməliyyatının ilk iki günündə ABŞ-ın 650-dən çox hərbçisi həlak olub və ya yaralanıb.

Hurriyyet.org  xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Naini bəyanat yayıb.

Onun sözlərinə görə, Bəhreyndəki ABŞ hərbi qərargahlarına və dəniz qüvvələrinə məxsus obyektlərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilməsi nəticəsində "USS Abraham Lincoln" aviadaşıyıcısı İranın sahil sularından geri çəkilib.

“Müharibənin ilk iki günündə 650 amerikalı hərbçi həlak olub və ya yaralanıb. Amerikalıların bu itkiləri inkar etməsi və ya gizlətməsi təbiidir", - deyə sözçü qeyd edib.