📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlk qızıl medalı qazandıq

2021-08-27 12:22:00

İlk qızıl medalı qazandıq

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. 

HURRİYYET.az xəbər verir ki, paracüdoçumuz Şahanə Hacıyeva oyunlarda final görüşünə çıxıb. Çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşan həmyerlimiz qələbə qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız paralimpiya çempionu olub.

Bununla da Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.