📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İlk zərbə Finlandiyaya dəyəcək" - Rusiya NATO-nu təhdid etdi

2023-12-28 12:52:15

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatların yanındakı daimi nümayəndəsi Mixail Ulyanov Finlandiyanı təhdid edib. "Yevropeyskaya pravda" nəşrinin yazdığına görə, Ulyanov deyib: "Onlar sülh və əmin-amanlıq içərisində yaşayırdılar. NATO üzvü olduqdan sonra qəflətən alyansla Rusiyanın arasında qalmış oldular. Bizə qonşu olduqları üçün, iraq olsun, bir münaqişə başlansa, birinci onlar zərbə alacaqlar".
Hürr Tərcüman