İlkin Fikrətoğlu: "Evdə xoruz, çöldə fərə" Azərbaycan klubları - VİDEOSÜJET
2024-07-10 21:19:07
Sabah Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü başlayır.
Təmsilçilərimizdən ilk olaraq Avropa Liqasında çıxış edən "Zirə" mübarizəyə qoşulacaq.
Rəşad Sadıqovun komandası Moldovada "Şerif"lə qarşılaşacaq.
"Qarabağ", "Sabah" və "Sumqayıt" isə avrokubok oyunlarına iyulun son ongünlüyündə start verəcək...
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini Avropa səhnəsinə çıxmağa hazırlaşan klublarımıza həsr edib.