📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlkin Rüstəmzadə: "ABŞ səfirliyində təhqir olundum"

2023-04-13 18:00:00

İlkin Rüstəmzadə:

Tanınmış bloger və siyasi fəal, keçmiş siyasi dustaq İlkin Rüstəmzadə bu gün Bakıdakı ABŞ səfirliyində olub.

O, səfirliyin binasında yerləşən Konsulluqda viza görüşməsinə çağırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə siyasi fəal özü Facebook hesabında canlı yayında məlumat verib. İlkin Rüstəmzadə iddia edib ki, Konsulluqda onu alçaldıb, təhqir ediblər. Bununla bərabər, Bakıdakı ABŞ Konsulluğu İlkin Rüstəmzadəyə viza verməkdən imtina edib.

Siyasi fəal Amerika konsulundan üzrxahlıq tələb edir və bir daha həmin ölkəyə səfər etməyəcəyini, onlarla olan bütün təmaslarını kəsdiyini söyləyir.