📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlkin Süleymanovun məhkəməsi olub, proses təxirə düşüb

2024-07-10 14:45:23

İlkin Süleymanovun məhkəməsi olub, proses təxirə düşüb

Bu gün Gəncə Apellyasiya Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi olub.

Hurriyyet.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Rafiq Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə prosesi iyulun 11-nə təyin edilib.

Prosesin təxirə düşməsinə səbəb vəkillərin 2-nin məhkəmədə iştirak etməməsi olub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.