İlon Mask :Gələcəkdə telefonlar olmayacaq, sadəcə “Neuralink” olacaq
2024-06-17 12:01:46
Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcəklər, əlaqələr qurmaq üçün beyin implantlarına ehtiyac duyacaqlar.
Hurriyyet.az xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Yeni “X” telefonunuzu ağlınızla idarə etməyə imkan verən “Neuralink” interfeysinin beyninizdə quraşdırılmasını istərdinizmi?”, o, həmin sosial şəbəkənin istifadəçilərinə sual verib.İ.Mask əlavə edib ki, gələcəkdə ümumiyyətlə mobil cihazlara ehtiyac olmayacaq: “Gələcəkdə telefonlar olmayacaq, sadəcə “Neuralink” olacaq”.