📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Maks ABŞ-ın Kiyevə hərbi yardım göstərməsini tənqid etdi: "Gənclərin qurban verilməsidir"

2024-01-10 15:11:27

İlon Maks ABŞ-ın Kiyevə hərbi yardım göstərməsini tənqid etdi:

Hurriyyet.az xəbər verir ki, amerikalı biznesmen İlon Mask Vaşinqtonun Kiyevə hərbi yardım göstərməsini tənqid edib.
O, Ukraynanın hərbi ehtiyaclarının ödənilməsi üçün 65 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı X sosial şəbəkəsindəki şərhində yazıb: "Ukraynaya daha 65 milyard dollar? Çıxış yolunun strategiyası necədir? Mən Ukraynanı dəstəkləyirəm, lakin mənə elə gəlir ki, bu, irəliləyişsiz sonsuz müharibədir. Sadəcə, hansısa ərazi maraqları üçün ölkə gənclərinin qurban verilməsidir". 
Hürr Tərcüman