📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Mask “2021-ci ilin adamı” seçildi

2021-12-14 14:04:00

İlon Mask “2021-ci ilin adamı” seçildi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, “Taym” jurnalı amerikalı biznesmen, mühəndis və milyarder İlon Maskı “İlin adamı” seçib. Bu barədə açıqlama jurnalın “Yutub”dakı kanalında verilib. Jurnalın baş redaktoru Edvard Felzental deyib: “Bu adam Yer planetindəki (və gələcəkdə ola bilsin ki, ondan kənardakı) həyata qeyri-adi təsirə malikdir. İqlim dəyişikliyinin ekzistensial böhranından, qeyri-bərabərlik problemlərindən tutmuş, mümkünün yeni sərhədlərinə kimi – bu ilin mövzularını heç kim 2021-ci ilin adamı İlon Mask kimi özündə təcəssüm etdirə bilməz”.

Hürr Tərcüman