📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Mask 366 milyon dollar xərclədi - Tramp isə onu qorumağa söz verdi

2026-11-02 22:20:26

İlon Mask 366 milyon dollar xərclədi - Tramp isə onu qorumağa söz verdi

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən sonra Demokratlar Partiyası Konqresdə nəzarəti ələ keçirəcəyi təqdirdə, sahibkar İlon Maskı və onun yaxın köməkçilərini mümkün araşdırmalardan qoruyacağını vəd edib.

Hurriyyet.net  “Bloomberg”ə istinadla xəbər verir ki, Tramp bu barədə “Pod Force One” podkastına müsahibəsində danışıb.

ABŞ liderindən Mask və köməkçilərinə qabaqlayıcı əfv verilməsinin mümkünlüyü soruşulub:

“Əgər buna ehtiyac yaransaydı, əlbəttə. Heç tərəddüd etməzdim”.

Qeyd edək ki, “Reuters” agentliyinin oktyabrın 13-də yaydığı məlumata görə, Mask 2026-cı il aralıq seçkilərində Respublikaçılar Partiyasının Konqresdəki nəzarətini qorumasına kömək etmək üçün təxminən 366 milyon dollar xərcləyib. Bu məbləğ onu builki seçkilərin ən böyük siyasi ianəçisi edib.

Agentlik yazır ki, aralıq seçkilər Mask üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Nümayəndələr Palatasındakı demokratlar onun “SpaceX” şirkətinin rəhbəri kimi əldə etdiyi dövlət müqavilələrinin və Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) fəaliyyətinin araşdırılmasını tələb edirlər.