📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Mask Bakıya gələcəkmi?

2022-12-06 12:53:00

İlon Mask Bakıya gələcəkmi?

Hurriyet.az xəbər verir ki, “Amazon” şirktəinin qurucusu və rəhbəri Ceff Bezos ilə “Space X” şirkətinin başçısı İlon Mask gələn il 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edə bilərlər.

Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərkosmos” Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov AZƏRTAC-a açıqlamasında verib.

“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” adlı konfransda Amerika, Fransa, Türkiyə və digər ölkələrdən kosmik sahədə aparıcı təşkilatların ümumilikdə 6 min nəfərdən çox qonaqla təmsil ediləcəyi gözlənilir. Onların arasında dünyanın kosmik gündəmini müəyyənləşdirən NASA, CNES, Airbus, Boeing də var. Alimlərlə yanaşı tələbələr də tədbirə dəvət ediləcəklər.

Hürr Tərcüman