İlon Mask daha dünyanın ən varlı adamı sayılmır
Hurriyyet.az xəbər verir ki, Ceff Bezos İlon Maskı geridə qoyaraq, dünyanın ən varlı adamı titulunu geri qaytarıb.
"MarketWatch" nəşrinin yazdığına görə, şirkətin səhmlərinin ucuzlaşması səbəbindən "Tesla" şirkətinin qurucusu və sahibi İlon Mask dünyanın ən zəngin adamları siyahısındakı birinci pillədən aşağı enib.
2021-ci ilin axırından bəri ilk dəfədir ki, reytinqdə birinci yeri Amazon.com Inc. onlayn riteylerinin qurucusu və keçmiş başçısı Ceff Bezos tutub - onun əmlakı 200 milyard dollar (2023-cü ildə 23,4 milyard dollar qazanıb) məbləğində qiymətləndirilir. Bezos "Amazon" şirkətinin səhmlərinin təxminən 9 faizinin sahibidir.
Mask isə 198 milyard dollarla (2023-cü ildə 31 milyard dollar itirib) ikinci yerdədir. Üçüncü sıranı isə 197 milyard dollar vəsaitlə fransız Bernar Arno tutub - o, LVMH-nin rəhbəridir.
Bazar ertəsi günü "Tesla" şirkətinin səhmləri 7,2% ucuzlaşıb - ilin əvvəlindən bəri avtomobil istehsalçısının kapitalı təxminən dörddə biri qədər azalıb.
Hürr Tərcüman