📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Mask dünyanın ən varlı adamıdır – “Forbes” yeni siyahını dərc etdi

2022-04-05 17:57:00

İlon Mask dünyanın ən varlı adamıdır – “Forbes” yeni siyahını dərc etdi

Hurriyyet.az xəbər verir ki, amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask ilk dəfə “Forbes” jurnalının versiyası üzrə bu il üçün dünyanın ən zəngin adamlarının siyahısında birinci olub. O, ötən il dörd il ərzində bu siyahıya başçılıq eləmiş Ceff Bezosu (ABŞ-dakı “Amazon” onlayn satış şirkətinin qurucusu) dünyanın ən zəngin adamları sırasında ikinci pilləyə endirib.

Bir il ərzində Maskın varidatı 45% artaraq, 219 milyard dollara çatıb. Bezos isə bir il ərzində 6 milyard dollar itirib və indi onun hesabında 171 milyard dollar var.

Dünyada ən çox milyarder əvvəlki kimi ABŞ-dadır (735 nəfər). İkinci yerdə Çin (607), III yeri Hindistan (166), IV yeri Almaniya (134), V yeri Rusiya (83) tutur.

Hürr Tərcüman