İlon Mask İran hökumətinə qarşı: “İnterneti aktivləşdirdim”
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, amerikalı sahibkar, SpaceX və Tesla şirkətlərinin sahibi İlon Mask etirazçıların internetə çıxışını təmin eləmək üçün İranda “Starlink” peyk internet şəbəkəsinin işə düşdüyünü xəbər vermişdi.
Xəbər verdiyimiz kimi, son dövrdə baş vermiş kütləvi etiraz aksiyaları ilə əlaqədar çərşənbə günündən etibarən İranda “Instagram” sosial şəbəkəsi ilə “WhatsApp” messencerinin fəaliyyəti dövlət orqanları tərəfindən əngəllənib. Hakimiyyət bu addımının səbəbinin “milli təhlükəsizliyin əsaslarını dağıdan müxalif elementlərin fəaliyyətinin” bu platformalar vasitəsi ilə gerçəkləşməsi olduğunu bildirib.
Cümə günü isə ABŞ İrana kommunikasiya xidmətlərinin tədarük etdirilməsi imkanlarını genişləndirməyi qərara alıb. ABŞ-ın Maliyyə Nazirliyi cümə günü müvafiq lisenziya dərc edərək, bu addımın “İran xalqının fakta əsaslanan informasiyanı azad şəkildə əldə edə və mübadilə edə bilməsi üçün” atıldığını bəyan eləmişdi.
ABŞ-ın dövlət katibi Entoni Blinkeninin bu məsələ ilə bağlı açıqlamasından sonra Elon Mask “Tvitter” şəbəkəsindəki paylaşmasında yazıb: “Starlink” şəbəkəsini aktivləşdirirəm”.
Hürr Tərcüman