📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Mask Kasparovu “axmaq” adlandırdı

2022-10-26 12:42:00

İlon Mask Kasparovu “axmaq” adlandırdı

Hurriyyet.az xəbər verir ki, amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin başçısı İlon Mask şaxmat qrossmeysteri və siyasi fəal Harri Kasparovun Kiyevlə bağlı məsləhətlərinə sərt reaksiya verərək onu “axmaq” adlandırıb və “iPhone”  ilə müqayisə edib.

Kasparov Amerika telekanallarından birinə müsahibəsində Maskın Ukrayna münaqişəsini dinc yolla nizamlamaq təklifini tənqid edərək, “özünün rahat mülkündə oturub” məsləhət verməyin asan olduğunu söyləmişdi.

Mask buna cavab olaraq öz “Tvitter” səhifəsində yazıb: “Mənim heç evim, yoxdur, o ki qalsın mülküm ola, ay axmaq”.

Sonra isə istifadəçilərin şərhlərinə cavab verən Maks bildirib ki, öz evi olmadığından “qonaq” kimi yaşayır, bunun sayəsində onun üçün qiymətli olan dostlarını daha çox görür.

Kasparovun əqli qabiliyyətindən bəhs edərkən milyarder yazıb ki, “iPhone” kimi yaxşı şahmat oynasa da, “qalan məsələlərdə səfehdir”.

Hürr Tərcüman