📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Mask məhkəmədə: 180 milyard dollarlıq tarixi dava başladı

2026-04-29 14:51:30

İlon Mask məhkəmədə: 180 milyard dollarlıq tarixi dava başladı

Dünyanın ən zəngin adamlarından biri olan İlon Mask "OpenAI" şirkətinə qarşı qaldırdığı 180 milyard dollarlıq iddia çərçivəsində məhkəmədə ifadə verib.
Hurriyyet.az xəbər verir ki, "Axios" nəşrinin yaydığı məlumata görə, Mask süni intellekt sahəsinin gələcəyinə və şirkətin birja planlarına birbaşa təsir edə biləcək bu işdə ilk şahid qismində çıxış edib.
Mübahisənin mərkəzində Maskın "OpenAI"ın həmtəsisçiləri Səm Altman və Qreq Brokmanın şirkətin ilkin qeyri-kommersiya missiyasından imtina edərək onu "mənfəət maşınına" çevirmələri barədə ittihamları dayanır. İlon Mask məhkəmədən "OpenAI"ın korporativ strukturunun dəyişdirilməsini, mövcud rəhbərliyin vəzifədən kənarlaşdırılmasını və yüz milyardlarla dollar təzminat ödənilməsini tələb edir.

Cavabdeh tərəf kimi çıxış edən Səm Altman, Qreq Brokman və "Microsoft" korporasiyası isə bütün ittihamları rədd edir. Onlar Maskın bu addımını şirkətdən ayrıldıqdan sonra şəxsi ambisiyaları və qərəzli motivləri ilə əlaqələndirirlər. Oklend federal məhkəməsində keçirilən dinləmələrin təxminən dörd həftə davam edəcəyi gözlənilir. Bu məhkəmə prosesi süni intellekt texnologiyalarının etik və kommersiya sərhədlərinin müəyyənləşdirilməsi baxımından qlobal əhəmiyyət kəsb edir. Hazırda bütün texnoloji dünya məhkəmədən çıxacaq qərarı və tərəflərin təqdim edəcəyi yeni dəlilləri diqqətlə izləyir.