İlon Mask mobil rabitədən imtina edir
2024-02-09 23:54:53
"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi, milyarder İlon Mask mobil nömrəsindən istifadə etməyəcək.
Hurriyyet.Az axşam.az-a istinadən bildirir ki, milyarder bu barədə öz səhifəsində məlumat yayıb:
"Bir neçə aydan sonra mən telefon nömrəmi deaktiv edəcəyəm və yalnız "X" hesabımdan mətn mesajları və audio, video zənglər üçün istifadə edəcəyəm".