İlon Mask Putini təkbətək döyüşə çağırdı
2022-03-14 17:15:00
Amerikalı milyarder, “Tesla” və “Speys X” şirkətlərinin rəhbəri İlon Mask Rusiya lideri Vladimir Putini təkbətək döyüşə çağırıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.
“Vladimir Putinə çağırış göndərirəm. Təkbətək döyüş. Ukraynanı da oyuna qoyuram. Bu döyüşə razısınız?” - Mask Putinin səhifəsini taq edərək bildirib.
İzləyicisinin sualına cavab olaraq Mask yazıb ki, tamamilə ciddidir və əgər Putin bu çağırışı qəbul etsə, şərəf duyardı.