📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Mask rusiyalı çağırışçılara acıdı: “Döyüşmək və ölməkdən başqa seçimləri yoxdur” - QƏRİBƏ AÇIQLAMA

2026-10-26 10:44:23

İlon Mask rusiyalı çağırışçılara acıdı: “Döyüşmək və ölməkdən başqa seçimləri yoxdur” - QƏRİBƏ AÇIQLAMA

İlon Mask Rusiya–Ukrayna müharibəsində insanların həlak olmasına son qoymağa çağırıb. O, rusiyalı çağırışçılara da mərhəmət göstərilməli olduğunu bildirib.

Hurriyyet.net  xəbər verir ki, Mask bu fikirləri X sosial şəbəkəsində Starlink-in Ukraynada istifadəsi barədə paylaşıma cavabında yazıb.

“Ukraynalıların və rusiyalıların həlak olduğu sonsuz qırğın dayanmalıdır. Yazıq rusiyalı çağırışçılara da bir qədər mərhəmət göstərməliyik. Bu gənclərin döyüşməkdən və dron zərbələri altında ölməkdən başqa seçimi yoxdur”, – deyə o bildirib.

Maskın cavab verdiyi paylaşımda onun Ukraynaya Starlink təqdim etməsi ilə sistemin istifadəsinə məhdudiyyət qoymasının eyni məqsəddən qaynaqlandığı iddia olunub: “O, insan həyatını xilas etmək istəyir”.

Həmin paylaşımda Starlink-in hərbi məqsədlərlə istifadəsinə dair məhdudiyyətlər Maskın insanların öldürülməsinə qarşı olması ilə izah edilib. Mask isə cavabında hər iki tərəfin itkilərinə diqqət çəkərək müharibədə qan tökülməsinin dayandırılmasını istəyib.