İlon Mask “Tvitter”in direktorlar şurasına daxil oldu
2022-04-05 17:56:00
Hurriyyet.az xəbər verir ki, “Tesla Motors” şirkətinin Baş direktoru İlon Mask iki illik müddətə “Tvitter”in direktorlar şurasına daxil olacaq. O, artıq “Tvitter”in səhmlərinin 9,2%-nə sahibdir. Bu barədə məlumat ABŞ-ın Qiymətli Kağızlar Komissiyasının (SEC) saytında yerləşdirilən məlumatda verilib.
Direktorlar şurasının üzvü olduğu müddətdə Maskın şirkətdəki payı 14,9%-i keçə bilməz.
Hürr Tərcüman