📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İlon Maskın ABŞ prezidentliyə iddiasını ortaya qoyacağını istisna etmirəm" - POLİTOLOQ

2023-10-25 11:10:52

"Hər halda biznesdə bütün zirvələri fəth edən bu şəxs 80 yaşını haqlayan Cozef Baydendən pis prezident olmayacaq"

"İlon Maskın ABŞ prezidentliyə iddiasını ortaya qoyacağını istisna etmirəm. Onun vaxtilə inşaat və otel sektorunda ad qazanmış keçmiş prezident Donald Trampdan nəyi əskikdir? Donald Tramp atasından qalma varidatla iş dünyasında ad qazandı, İlon Mask isə bütün qazandıqlarını özü əldə edib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

İlon Maskın son zamanlar siyasi açıqlamalar verdiyini vurğulayan politoloqun sözlərinə görə, indi də deyib ki, ABŞ-ın Ukraynanı atəşkəsə yönləndirməsi və Rusiya ilə münasibətləri normallaşdırması daha düzgün addım olar: "Mask bildirib ki, Rusiya və Çinlə sərt qarşıdurma ABŞ üçün fəlakətli nəticələr doğura bilər. Biznesdə bütün zirvələri fəth edən şəxs adətən özünü siyasətdə sınamağı qərar verir. Fikrimcə, İlon Mask da bu haqda düşünməyə başlayıb. Hər halda İlon Mask 80 yaşını haqlayan Cozef Baydendən pis prezident olmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az